Bal arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır.Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən (nektarda) hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.

Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Bal arıların istehsal etdiyi təbii,müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən,bitkilərdən topladıqları şirələrdən(nektardan) hasil edirlər. Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər (fruktoza) və qlyukoza,habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza,melibioza,rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3%-dən 76%-ə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr,üzvi duzlar və mineral maddələr müvcuddur. Suyun tərkibi nektarda 40%-dən 90%-ə qədərdir. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir,yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir.

Əlaqə

Kuwait,Al Wazzan St 61 Azerbaijan,Baku,Uzeyir Hajibayli 62

Bizi İzləyin

Twitter

RT @envato: One subscription, 5000+ assets & unlimited downloads; Elements is out of beta! Sign up at enva.to/elements. https://t.co…
TrxDoe
Polar bears can eat as many as 86 penguins in a single sitting. (If they lived in the same place)
TrxDoe
Leonardo Da Vinci is considered by many as the father of modern science.
TrxDoe