Arılar uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.

Arı ailəsi 3 qrupa bölünür.Ana arı,erkək arı,Dişi və ya işçi arı.Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər.Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.

Arılar çox maraqlı xüsusiyyətlərə malikdirlər.Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur.Pətəyin içərisində müəyyən qruplar olur ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.

 

Əlaqə

Kuwait,Al Wazzan St 61 Azerbaijan,Baku,Uzeyir Hajibayli 62

Bizi İzləyin

Twitter

RT @envato: One subscription, 5000+ assets & unlimited downloads; Elements is out of beta! Sign up at enva.to/elements. https://t.co…
TrxDoe
Polar bears can eat as many as 86 penguins in a single sitting. (If they lived in the same place)
TrxDoe
Leonardo Da Vinci is considered by many as the father of modern science.
TrxDoe