Helonic şirkəti – Arıçılıq məhsullarının və digər orqanik məhsulların satışı ilə bağlı xidmət göstərən şirkətdir.Şirkət arıçılıq məhsullarından əlavə zəfərən bitkisi və quru meyvələrin satışı ilə də xidmət göstərir.Biz hal hazırda ölkə daxilində və dunyanın bir çox bölgələrində insanlara xidmət göstərik.Helonic şirkətinin Azərbaycanda və Küveytdə baş ofisləri vardır və şirkətin məqsədi gələcəkdə bütün dünyada öz təbbi məhsullarını tanıtmaq və qlobal şirkətə çevriləkdir.


Bizim əsəs fəlsəfəmiz məhsullarımızın daima tam keyfiyyətli olması və müştəri məmnuniyyətidir.Müştərilərə təklif etdiyimiz məhsullar təbii və sertifikatlaşdırılmışdır.Bundan əlavə bal Orta Asiyadakı dağlıq və meşəlik ərazilərdə arılar tərəfindən ağac və dərman bitkilərinin nektarindan toplanaraq hazırlanır və buda balın həm keyfiyyətini daha da artırır həm də dad olaraq digər ballardan fərqləndirir.


Biz əminik ki, Helonic şirkətinin müvəffəqiyyət qazanması dörd əsas prinsipdən asılıdır: insanlar, xidmət, məhsulun keyfiyyəti və marketinq. Bu prinsiplərin hər birini ayrı-ayrılıqda müfəssəl şəkildə təsvir etmək istəyirik.

İnsanlar
Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Helonic şirkətinə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Kadrlarla bağlı bizim siyasətimiz onlara  Helonic şirkətində işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləməklərindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir. Biz həmişə kadrları idarə etmək siyasətimizi təkmilləşdirəcək və insanlara Helonic şirkətində uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik. Kadrlar siyasətinin əsasında dinindən, cinsindən, milliyyətindən və sosial mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmət dayanır.

Xidmətlərin ləngimədən göstərilməsi
sifarişçilərimizə hörmətlə yanaşaraq biz onların sifarişlərini mümkün qədər tez yerinə yetirməyə çalışırıq. Xidmətin tez göstərilməsi heç də o demək deyildir ki, biz əsas strategiyamızı (fəlsəfəmizi) – “təzə və təbii qida” siyasətimizi yaddan çıxarmalıyıq. Təxirəsalınmadan göstərilən xidmətlə kefiyyət arasında həmişə bir tarazlıq olmalıdır. Bizə belə gəlir ki, heç bir qarışığı və konservantı olmayan, təbii, və yüksək keyfiyyətli məhsullar xüsusilə də  xidmətin ləngimədən göstərilməsi elə prinsiplərdir ki, onlar bizə rəqabətdə üstünlük və sifarişçilərin rəğbətini qazanmağa imkan verəcəkdir.

Məhsulların keyfiyyəti
Biz inanırıq ki, həmişə təbii və yüksək keyfiyyətli arıçılıq və digər məhsullarımızla müştərilərimizin ürəyinə yol tapacağıq və onlar bizim ticarət markamıza sadiq qalacaqlar. Bundan başqa,əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi surətdə əməl etməlidir.

Marketinq və əlaqələr
Bu o deməkdir ki, bizim bütün sifarişçilərimiz məhsulların tərkibi,məhsulların hazırlandığı yerlər, və qiymətlərimizdən xəbərdar olmalı,  bizim məhsullarımızı və xidmətlərimizi necə sifariş etməyi bilməlidir. Biz internetdən, web-səhifələrdən, TV-dən, radio və digər rabitə vasitələrindən istifadə edəcəyik. Bu da vacibdir ki, şirkətin məhsulları və xidmətləri ilə müştərilər arasında qarşılıqlı əlaqələr həmişə istifadəçilər üçün əlverişli olsun.


Əlaqə

Kuwait,Al Wazzan St 61 Azerbaijan,Baku,Uzeyir Hajibayli 62

Bizi İzləyin

Twitter

RT @envato: One subscription, 5000+ assets & unlimited downloads; Elements is out of beta! Sign up at enva.to/elements. https://t.co…
TrxDoe
Polar bears can eat as many as 86 penguins in a single sitting. (If they lived in the same place)
TrxDoe
Leonardo Da Vinci is considered by many as the father of modern science.
TrxDoe