Arıçılıq Haqqında Məlumatlar

Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya baxım, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir.

Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);

Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;

Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;

Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;

Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;

Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;

Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul.

Arıçılıqla təbabəti bir- birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları və həm də təbabət işçilərini çox maraqlandırır.

Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır.

Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.

İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.

Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verə bilir. Bu zaman bütün arılar həmin yerə uçurlar.

Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.

Onların əmələ gətirdikləri bal faydalı qidadır.

Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Bundan başqa ana arının genetik proqramına kodlanmış informasiya ilə sintezlənən bəzi xüsusi kimyəvi maddələr də mövcuddur. Bu qoxular vasitəsilə də işçi arıların yumurtalıqlarının böyüməsinə mane olunur. Törəmə qabiliyyəti olmayan bu işçilərə sadəcə pətəyin içində və xaricindəki fəaliyyətləri yerinə yetirmə vəzifəsi tapşırılır.

Add Comment

Your email address will not be published. Required fields are marked *

Əlaqə

Kuwait,Al Wazzan St 61 Azerbaijan,Baku,Uzeyir Hajibayli 62

Bizi İzləyin

Twitter

RT @envato: One subscription, 5000+ assets & unlimited downloads; Elements is out of beta! Sign up at enva.to/elements. https://t.co…
TrxDoe
Polar bears can eat as many as 86 penguins in a single sitting. (If they lived in the same place)
TrxDoe
Leonardo Da Vinci is considered by many as the father of modern science.
TrxDoe